`Dağlıq Qarabağ digər münaqişələrdən fərqlənir` - Amerikalı həmsədr


21:58     11 Mart 2017 3be329b5778db30c1fe6ed49b64760c1.jpg

"Beynəlxalq miqyasda Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanındakı digər münaqişələrdən fərqləndiyi barədə qəbul edilən yanaşma var"


Femida.az xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib. Onun fikrincə, münaqişə uzun müddətdən bəri davam etsə də, həlli yolları mövcuddur.

Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsinə münasibət bildirməyən R. Hoqland Sankt-Peterburq və Vyana görüşlərində tərəflər arasında etimadın artırılmasına dair təkliflərin olduğunu nəzərə çatdırıb.

Diplomatın qənaətinə görə, hər iki tərəf etimadın artırılması variantlarını yenidən nəzərdən keçirməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1761